Şirkət haqqında
Sizin istehsalatınızın təhlükəsizliyini və işçilərinizin rifahını ön planda tutan şirkətin saytında salamlayırıq! Biz “BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI” MMC-nin peşəkar komandasıyıq və iş yerlərində istehsalat mühitinin faktorlarının və əmək proseslərinin ölçülməsi, həmçinin attestasiyadan keçən komissiyalara məsləhət xidməti göstərilməsi sahəsində ixtisaslaşmışıq. Bizim xidmətimiz təkcə standart ölçmələri həyata keçirmək deyil, həm də sizin üçün sağlam, təhlükəsiz və rahat iş mühiti yaratmağa kömək etməkdir ki, bu da müəssisənizin məhsuldarlığına və səmərəliliyinə birbaşa təsir göstərir.
Əmək Şəraiti Üzrə İş Yerlərinin Attestasiyası
İş yerlərinin attestasiyası yalnız qanuni formallıq deyil; hər bir istehsalat sahəsində əmək təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Maddə 64) və Nazirlər Kabinetinin 38 saylı Qərarına əsasən, hər bir işəgötürən əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidir. Biz bu prosesi keyfiyyətli və tam qanunvericiliyə uyğun şəkildə həyata keçirməyə sizə kömək edirik.
Biz anlayırıq ki, uğurlu attestasiya üçün yalnız ölçmələr aparmaq kifayət deyil. İş şəraitini yaxşılaşdırmaq üçün sizə hərtərəfli tövsiyələr vermək də vacibdir. Bizimlə əməkdaşlıq edərək siz aşağıdakıları əldə edirsiniz:
Fəaliyyət Dövlət Standartlarına Əsaslanır
Fəaliyyətimiz AZS ISO 17020:2021 dövlət standartının “Uyğunluğun qiymətləndirilməsi. Müxtəlif növ orqanların inspeksiya fəaliyyətinə dair tələblər” tələblərinə uyğun olaraq təşkil edilmişdir ki, bu da beynəlxalq inspeksiya standartlarına tam uyğunluğu təmin edir. “BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI” MMC A tipi inspeksiya xidməti göstərən orqan kimi akkreditasiyalı olunmuşdur ki, bu da peşəkarlığımızı və xidmətlərimizin yüksək keyfiyyətini təsdiq edir.
Niyə Bizi Seçirlər?
Biz, müəssisənizdə təhlükəsiz və səmərəli iş mühiti yaratmağa hazırıq. Məsləhət sifariş edin və biz müəssisəniz üçün fərdi həll yolu hazırlayaq.
Ünvanımız: 8 Noyabr prospekti 15, AZURE BUSINESS CENTER, 7-ci mərtəbə, ofis №36
Telefon: +994 12 4801766
“Sizin təhlükəsiz iş yerləriniz — bizim qayğımızdır!”
Let our experts help you navigate the complexities of business management. Contact us today for a personalized consultation.
Məsləhət alın